14 yaşlı oğlan dəm qazından boğularaq öldü
Şamaxıda 14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.
meqale.com xəbər verir ki, rayonun Qızmeydan kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.