“Fənərbağça” - “Beşiktaş” derbisini o idarə edəcək
Türkiyə Super Liqasının 34-cü turunda derbi baş tutacaq. idarə edəcək hakim müəyyənləşib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça" - Beşiktaş" matçını idarəsi Yasin Kola həvalə olunub.
Qarşılaşma mayın 4-də, Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, turnir cədvəlində "Fənərbağça" 75 xalla ikinci, "Beşiktaş" isə 52 xalla dördüncü yeri tutur.