Fənərbağçada 2 futbolçu heyətdən kənarlaşdırıldı - FOTO
Fənərbağça milli futbolçular İrfan Can Kahveci və Cenk Tosunun heyətdən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçunun məsuliyyətsiz davranışları bu qərara səbəb olub. Bildirilir ki, heyətdən kənarlaşdırılma qərarı baş məşqçi Domenico Tedesconun təsdiqi ilə verilib.
İrfan Can Kahveci - Bu mövsüm 12 oyunda iştirak etsə də, nə qol, nə də asistlə yadda qalıb.
Cenk Tosun - 7 oyuna çıxıb və 1 asist edib.