“Fənərbaxça”dan 4 qollu QƏLƏBƏ
"Fənərbaxça" Türkiyə Superliqasında dalbadal altıncı qələbəsini qazanıb.
meqale.com lente istinadən bildirir ki, komanda "Başakşəhər"i 4:0 hesabı ilə məğlub edib.
Öz meydanında inamlı qələbə qazanan "Fənərbaxça" bu qələbədən sonra birinci pilləyə yüksəlib. Komanda ən yaxın izləyicisi "Qalatasaray"ı iki xal qabaqlayır.
Qeyd edək ki, "sarı-lacivərdlilər" növbəti görüşdə "Rizəspor"la qarşılaşacaq.