“Fənərbaxça”dan inamlı qələbə
Türkiyə Super Liqasında XXXV tura start verilib.
meqale.com xəbər verir ki, ilk gün 2 qarşılaşma baş tutub.
Liderdən 8 xal geri düşən "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 4:1 hesablı darmadığını ilə yekunlaşıb.
Turun digər matçında isə "Alanyaspor" səfərdə "Qaziantepspor"u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.