​"Fənərbaxça" ulduz futbolçu ilə bağlı qərar verdi

"Fənərbaxça" Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Superliqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir.

​

İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb.Klub illik 4.2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.