Mauro İkardi ilə Vanda Naranın İstanbuldakı YENİ EVİ - VİDEO
"Galatasaray"ın 10 milyon avroya transfer etdiyi dünyaca məşhur ulduz Mauro İkardi və həyat yoldaşı Vanda Naranın yeni evinin fotoları gündəm olub.
meqale.com olay-a istinadən bildriir ki, sosial medianı silkələyən İkardinin evinin aylıq kirayəsi heyrət doğurub.
Aylıq 30 min avro kirayə haqqı olduğu bildirilən hovuzlu villanın bütün xərclərini klub ödəyəcək.
Təbiət konseptli villanın özəl hovuzu, hobbi bağçası, böyük kinoteatrı var. Villada cütlüyün uşaqlarının vaxt keçirəcəkləri oyun meydançası mövcuddur.