Ferdi Tayfurun sərvətindən övladlarına nə çatacaq?
Türkiyəli müğənni Ferdi Tayfurun ölümündən sonra sərvətinin övladları arasında necə bölüşdürüləcəyi maraq doğurur.
meqale.com xəbər verir ki, Tayfurun var-dövləti hələ rəsmi olaraq açıqlanmasa da, Marmarisdə bir körfəz və yarımadası, həmçinin 80 evi və 6 villası olduğu üzə çıxıb.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, Ferdi Tayfurun sərvəti hesablananda onun 5 övladının hər birinə 600 milyon lirə (28 milyon 860 min manat) miras qalacağı öyrənilib.