FHN onu həyata qaytardı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşın cəhdinin qarşısı alınıb.

FHN onu həyata qaytardı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşın cəhdinin qarşısı alınıb.

meqale.com xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq həyatını sonlandırmaq istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in "112" qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.