Fidan Hacıyevanın Musiqi Məktəbində Azərbaycan Beynəlxalq vokalçılar Festivalı çərçivəsində konsert keçirilib – VİDEO - FOTO
Azərbaycanın xalq artisti, opera ifaçısı Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində 15-22 dekabr tarixlərində keçirilən üçüncü Azərbaycan Beynəlxalq vokalçılar Festivalı çərçivəsində gənc istedadlar çıxış ediblər.
Fidan Hacıyeva festivalın keçirilməsinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq Artisti, dünya şöhrətli tenor Yusif Eyvazova təşəkkürünü bildirib, layihənin gənclərin klassik incəsənət sahəsində yaradıcı potensialının üzə çıxarılmasında əhəmiyyətini qeyd edib.
Konsert proqramında Fərid Ziyalı, Mehriban Qasımova, Aydın Əliyev, Rasimə Cəfərova, Məryəm Bağırova, Ülkər Əliyeva, Orxan Cabbarov, Rauf Məmmədzadə, Anar Həmidli, Araz Əsədli, konsertmeysterlər - Günel Rəhimova, Könül Abdullayeva, Səmra Həsənli çıxış ediblər.