Fidan Hacıyevanın Naxçıvanda anşlaqlı konserti - oğul anasının yolu ilə gedir - VİDEO - FOTO

Naxçıvandakı Heydər Əliyev Sarayında Azərbaycanın Xalq Artisti Fidan Hacıyevanın solo konserti anşlaqla və böyük uğurla keçdi.

Fidan Hacıyevanın Naxçıvanda anşlaqlı konserti - oğul anasının yolu ilə gedir - VİDEO - FOTO
Naxçıvandakı Heydər Əliyev Sarayında Azərbaycanın Xalq Artisti Fidan Hacıyevanın solo konserti anşlaqla və böyük uğurla keçdi.

Fidan Hacıyeva beynəlxalq müsabiqələr laureatları Orxan Həşimov və Cahangir Qurbanovun rəhbərliyi ilə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Konsertmeyster - Əməkdar Artist Nərgiz Əliyevadır. Konsertdə Azərbaycan klassikləri Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri, xalq mahnıları, eləcə də Xalq şairi Məmməd Arazın sözlərinə Nazim Quliyevin musiqisinə yazılmış "Daglar Küsüb" muğam elementləri olan əsər səsləndirilib. Yeri gəlmişkən, bu kompozisiyanın klipi hələ 2007-ci ildə Naxçıvanda çəkilib və orada diyarın gözəlliyi əks olunub. Tamaşaçılara dünya klassiklərinin əsərləri də təqdim olunub. Konsert tamaşaçıların alqışları altında keçirildi. Aparıcı - teleaparıcı Saleh Bağırov idi.

"Konsert böyük uğurla keçdi və ən gözəl tərəfi Naxçıvanda opera sənətinə olan xüsusi sevgidir. Hələ konsert ərəfəsində yerli simfonik kollektiv və kapella ilə məşqlərdə musiqiçilərin və solistlərin yüksək bacarıq səviyyəsi xoş təəccübləndi. Konsert zamanı çox xoş isti atmosfer, tamaşaçılardan çox müsbət enerji gəlirdi ki, bu da kompozisiyaların ifası üçün daha çox ilham verirdi. Konsertdən və tamaşaçılardan böyük zövq aldım, klassik incəsənətin gözəl axşamına görə hər kəsə təşəkkür edirəm", - deyə Fidan Hacıyeva bildirib.

Unudulmaz məqamlardan biri də opera müğənnisi oğlu Emin-Çarlz Neylorun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xalq şairi Vahid Əzizin sözlərinə yazilmış "Öndər" əsərinin ifası olub. Üstəlik, 10 yaşlı bəstəkar və pianoçu özü səhnəyə çıxdı və Şopenin "Noktürn" əsərini ifa etdi.

Konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Milli Dram Teatrının dəstəyi ilə təşkil olunub.

Fidan Hacıyeva Naxçıvan TV -nin qonağı olub, əlil uşaqların yaradıcılıq mərkəzində onların ifasını dinləyib və Fidan Hacıyeva Vokal Musiqi məktəbinin yetirmələri ilə birgə konsert verməyi təklif edib.