Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - VİDEO - FOTO
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli Adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (cello) öz ifasınınn dinləyicilərə təqdim edib.
Konsertdə P.İ.Çaykovskinin 2 saylı Simfoniyası (c-moll, op.17), B.Smetanın "Vltav" Simfonik poeması və A.Dvořákın Cello və orkestr üçün Konserti (H-dur, op.104) səslənib.