Filippində universitetdə terror aktı olub, ölən və yaralananlar var

Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Filippində universitetdə terror aktı olub, ölən və yaralananlar var
Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən "Manila Bulletin" məlumat yayıb.

"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.