Firdovsi Əliyev kollektivə təqdim edildi - FOTO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Şahmirzə oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.