Fırtına nəticəsində ev belə uçdu - VİDEO
Rusiyanın Soçi şəhərinin Lazarevski rayonunda fırtına nəticəsində üçmərtəbəli bina uçub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anın görüntülərini "Shot Telegram" kanalı yayıb.
Çökən evdə yaşayan insanların binanı əvvəlcədən tərk etdiyi bildirilir.
Qeyd edək ki, Rusiyanın Qara dəniz sahillərində yerləşən şəhərləri güclü qasırğaya məruz qalıb. Xüsusilə Soçi, Krım, Sevastopol, Novorossiysk, Anapa və Tuapse bu halla qarşılaşıb.