Fitso: Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər
Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.
meqale.com APA-ya istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.
O deyib ki, ölkənin neft şirkəti olan "Slovnaft"a bununla bağlı müvafiq tapşırıq verilib.
R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.