Fitsonu buna görə güllələdilər - Siyarto

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd onun siyasi rəqiblərinin ölkədə başlatdığı nifrət kampaniyasının nəticəsi idi.

Fitsonu buna görə güllələdilər - Siyarto
Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd onun siyasi rəqiblərinin ölkədə başlatdığı nifrət kampaniyasının nəticəsi idi.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, Slovakiyadakı faciəvi hadisələr aşağıdakı kimi inkişaf edib:

"Baş nazir Fitsonun partiyası seçkilərdə qalib gəldikdən sonra məlum oldu ki, bu hökumət əvvəlki liberal hökumətdən fərqli bir kurs izləyir və Fitso kifayət qədər müstəqil siyasət yürüdür, bizim kimi sülhü müdafiə edəcək. Buna görə də ona qarşı nifrət kampaniyası başladıldı".

Siyarto bildirib ki, Fitsoya qarşı kampaniyanı liberal media və liberal siyasətçilər başladıb.