Flora Kərimova Rəhim Rəhimli ilə illər əvvəl - "Bu da bir qismət idi" - VİDEO
Xalq artisti Flora Kərimovanın sosial media hesabındakı paylaşım diqqət çəkib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi mərhum müğənni-bəstəkar Rəhim Rəhimli ilə olan arxiv görüntülərini yayımlayıb.
"Bəstəkarı olduğu mahnısının ilk müğənnisi oldum, ilk duet yoldaşı oldum. Bu da bir qismət idi. Allah rəhmət eyləsin, Rəhim. "Elə bilirdim" mahnısının səsyazma prosesi ("ANS TV") deyə, paylaşımda yazılıb.
Qeyd edək ki, R.Rəhimli ötən ilin sentyabrında dünyasını dəyişib.
Sözügedən mahnının sözləri əməkdar incəsənət xadimi Baba Vəziroğluna məxsusdur.