"Forbes"in siyahısında yer alan azərbaycanlı gənc - VİDEO

Azərbaycanlı gənc dünyaca məhşur biznes jurnalı olan "Forbes"in siyahısında yer alıb. Günay İmanzadə minlərlə şəxsin arasından seçilərək jurnalın  30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. 

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Avropa üzrə "Təhsil, biznes və digər sahələrdə sosial təsir" kateqoriyasında yer tutan həmyerlimiz "Metatesk" startapının təsisçisidir.  Günay İmanzadə  deyir ki, siyahı üzrə namizədlər çox olsa da seçim şərtlərini ödəyən az iştirakçı var idi.

Onun sözlərinə görə o, builki siyahıda yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Günay İmanzadə 2023-cü ildə innovasiya sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb. Təsisçisi olduğu startap "Teknofest" festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun