Fransa Ermənistanla sülh imzalanmasına əngəl olur - Mövlud Çavuşoğlu

Bu bölgədə sabitlik olması Qərb ölkələrinin də xeyrinə olacaq. Bu səbəbdən regionda sülh üçün çalışmalıdır.

Fransa Ermənistanla sülh imzalanmasına əngəl olur - Mövlud Çavuşoğlu
Bu bölgədə sabitlik olması Qərb ölkələrinin də xeyrinə olacaq. Bu səbəbdən regionda sülh üçün çalışmalıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki,  Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Başda Fransa olmaq üzrə bəzi ölkələrin Ermənistanı sülh müqaviləsi imzalamamaq istiqamətində yönəltdiyini bilirik. Burada Ermənistanı başqa yollarla dəstəkləməyə çalışanlar unutmasınlar ki, Azərbaycan tək deyil. Azərbaycan regionda sülh üçün səylər göstərir. İki ölkə arasında ikili görüşlərin keçirilməsində fayda olduğunu düşünürük" - deyə o bildirib.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun