Fransa polisi partlayıcı maddələr hazırlamaq istəyən yeniyetməni saxladı

Fransanın Dənizkənarı Sena departamentində polis partlayıcı maddələr hazırlamaq üçün təhsil müəssisəsinə xlorid turşusu gətirən lisey şagirdini saxlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, təhlükəli maddə 17 yaşlı suriyaəsilli şagirdin çantasında olub.

"Lisey şagirdi xlorid turşusundan istifadə edərək partlayıcı hazırlamağı planlaşdırıb" - deyə departamentin polis idarəsinin rəhbərliyindən bildirilib.

Məlumatda o da qeyd olunub ki, saxlanılan yeniyetmə artıq uzun müddətdir polisin diqqətini öz üzərinə çəkib.