Fransa Rusiya ilə müharibə aparmır - Makron
"Fransa Rusiya ilə müharibə şəraitində deyil".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
"Biz eskalasiyanın qarşısını almaq niyyətindəyik", - deyə Makron qeyd edib.
Qeyd edək ki, o, bu açıqlamanı Fransanın hazırda ukraynalı pilotların hazırlanmasına başlaması məsələsini şərh edərkən verib.