"Fransa təbii qazının 70 faizini müstəmləkələrindən əldə edir"

Polineziya illərdir Fransanın müstəmləkəsi altındadır. Bizim millətin taleyi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.

Polineziya illərdir Fransanın müstəmləkəsi altındadır. Bizim millətin taleyi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfransda çıxışında Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill deyib.

O qeyd edib ki, Polineziyada yaşayan yerli əhali öz mədəniyyətindən, dilindən uzaqlaşdırılıb. Onlara öz dillərində danışmaq qadağan olunub.

"Fransa bizim ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir.

Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkə siyasətini bərqərar etmək yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi istəyirik", - deyə bildirib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.