Fransada Azərbaycana qarşı toksik lobbiçilik nümayiş etdirilir - Natali Qule
ATƏT-in Minsk qrupu çox çalışdı ki, Azərbaycan və Ermənistan arasında olan problem həll edilməsin.
meqale.com Trend-ə istinadən xəbər verir ki, fransalı senator Natali Qule XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
"Beynəlxalq ictimaiyyətin məğlubiyyətinə şahidlik edirik. Reallıq odur ki, beynəlxalq hüquq işləmir. Fransada Azərbaycana qarşı toksik lobbiçilik nümayiş etdirilir. "Realpolitikin" olması çətinliklər yaradır.
Dünyada ekstremizm artıb. Biz bunun qarşısını almalıyıq. Vətəndaş cəmiyyətinin rolu artırılmalıdır", - deyə o bildirib.