Fransada bahalaşma: Əhali qənaət rejiminə keçir

Fransızlar mağazalarda endirim olmadığı təqdirdə gözəllik məhsulları almaqdan çəkinirlər.

Fransada bahalaşma: Əhali qənaət rejiminə keçir
Fransızlar mağazalarda endirim olmadığı təqdirdə gözəllik məhsulları almaqdan çəkinirlər.

meqale.com oxuya istinadən bildirir ki, bunu "Nielsen IQ" araşdırması göstərir.

Araşdırmaya görə, inflyasiya səbəbindən fransızların təxminən yarısı şəxsi qulluq vasitələrinin alınmasında qənaət edir.

Əhalinin 45%-i inflyasiya fonunda 2023-cü ildə gözəllik vasitələri alışını azaldacaqlarını bildirib. Ölkədə ətir qiymətləri 20-30% bahalaşdığından fransızlar daha ucuz qiymətə gigiyena məhsulları axtarır və ya mağazalarda endirim olmadığı təqdirdə alış-verişdən çəkinirlər. Bir çox insan fərdi qulluq məhsullarını onlayn alır və ya özləri hazırlayır.