Fransada bölgə rəhbəri Makronu kəskin tənqid etdi

Fransa prezidenti Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə danışarkən dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib.

Fransada bölgə rəhbəri Makronu kəskin tənqid etdi
Fransa prezidenti Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə danışarkən dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Fransanın Overn-Rona-Alplar bölgəsinin rəhbəri Loran Vokye Tribune qəzeti üçün köşə yazısında yazıb.

"Prezident Ukrayna ərazisinə qoşun yeridilməsini xatırladaraq, Fransa və digər Qərb ölkələrinin müharibəyə girməsini nəzərdə tutmaqla, dözülməz qeyri-ciddilik nümayiş etdirdi", o, nəşrdə yazıb.

Loran Vokye əlavə edib ki, Fransa prezidenti heç bir Avropa və ya Amerika dəstəyi almadan nüvə dövlətinə qarşı təkbaşına çıxış edib.