Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyuldu

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyuldu
Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.

meqale.com report-a istinadən xəbər verir ki, polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.

Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar.

Qeyd edək ki, son aylarda Fransa prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyini istisna etməyib.