Fransada meymunçiçəyi virusunun yeni ştamına ilk yoluxma
Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi virusunun yeni "clade 1b" ştamına ilk yoluxma halını təsdiqləyib.
meqale.com xarici mediaya istinadla xəbər verir ki, ilk yoluxmuş şəxs Mərkəzi Afrikaya səyahət etməsə də, oradan qayıdan şəxslərlə təmasda olub. Hazırda yoluxma mənbəyi və digər təmasların müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, bu ştam daha əvvəl Konqo Demokratik Respublikasında yayılıb və üşütmə, qızdırma, səpgi kimi əlamətlərlə fiziki təmas yolu ilə ötürülür.