Fransada naməlum şəxslər toyda atəş açdı - ölən və yaralılar var

Fransada naməlum şəxslər toy zamanı atəş açıb.

Fransada naməlum şəxslər toyda atəş açdı - ölən və yaralılar var
Fransada naməlum şəxslər toy zamanı atəş açıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Republicain Lorrain məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə iyunun 30-na keçən gecə Mozel departamentinin Tionvil şəhərində baş verib. Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toy qeyd etdiyi banket zalına yaxınlaşaraq atışmağa başlayıb. Hadisə nəticəsində 4 nəfər ağır güllə yarası alıb. Hamilə qadın da yüngül xəsarətlə şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Xəsarət alan qonaqlardan birini xilas etmək mümkün olmayıb.