Fransada oğurluq edən Ermənistan vətəndaşları saxlanıldı - Hadisə kameraya düşdü

Fransa polisi oğurluq edən Ermənistan vətəndaşlarını saxlayıb.

Fransada oğurluq edən Ermənistan vətəndaşları saxlanıldı - Hadisə kameraya düşdü
Fransa polisi oğurluq edən Ermənistan vətəndaşlarını saxlayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə Brianson şəhərindəki (Yuxarı Alp departamenti) mağazalardan birində baş verib.

Erməni qadının qızı ilə birgə məşhur idman malları mağazasından oğurluq etməsi kameralara düşüb. Kadrda onların boks əlcəkləri oğurladığı görünür. Oğurlanan əşyaların ümumi dəyəri 200 avrodan çoxdur. Hakim qarşısına çıxarılan qadın Ermənistana deportasiya edilib, qızı isə istintaq təcridxanasına göndərilib. Polis hadisə yerindən qaçmağa müvəffəq olan ailə başçısını axtarır.