Fransada sinaqoq yaxınlığında partlayış: yaralılar var
Fransada sinaqoqun yaxınlığında avtomobillər yandırılarkən içəridə 5 nəfər olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu hadisədən sonra yanğın yerinə gələn bələdiyyə polisinin və bir neçə nəfərin yaralandığını təsdiqləyib", - məlumatda deyilir.
Qeyd edək ki, Fransanın cənubunda sinaqoqun qarşısında iki avtomobilin yandırıldığı barədə informasiya yayılmışdı. Belə ki, naməlum şəxs avtomobillərin arasına qaz balonu qoyub.