Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
Fransanın Baş naziri Fransua Bayru ən aşağı reytinqlə işə başlayıb. Həmvətənlərinin yalnız 34%-i onun təyinatını və yeni statusunda ilk addımlarını bəyənir.
meqale.com oxu.az-a istinadən xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (IFOP) "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə 2 min fransız arasında keçirdiyi sorğu təsdiq edir.
Tədqiqatçılar qeyd edirlər ki, Bayrunun sələfləri nəzərəçarpacaq dərəcədə yüksək bəyənmə reytinqləri ilə işə başlamışdılar.