Xalq artisti efirdə qızı ilə AĞLADI - VİDEO
Xalq artisti, aktrisa Fatma Mahmudova qızı ilə birlikdə mərhum həyat yoldaşının görüntülərini izləyərkən duyğusal anlar yaşayıb.
meqale.com xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ana və qız xatirələr qarşısında kövrələrək göz yaşlarını saxlaya bilməyiblər.
Aktrisa mərhum Əməkdar artist olan həyat yoldaşını yada salaraq onun sənət yolundan və həyat hekayəsindən danışıb. Fatma Mahmudova bildirib ki, həyat yoldaşı səhnədə hər obraza uyğunlaşa bilən nadir sənətkarlardan olub:
"Onun kimi sənətkarı hələ də səhnədə görməmişəm. Hər rola uyğun idi, möhtəşəm alınırdı".
O, həmçinin həyat yoldaşının ağır taleyindən söz açıb. Bildirib ki, o, müharibə zamanı xəsarət alıb və sağlamlığını bərpa edə bilməyib:
"Həyat yoldaşım müharibədə xəsarət almışdı, düzələ bilmədi, sonda da rəhmətə getdi. Bütün Ağdam camaatı bilir ki, ona qarşı necə olmuşam. Son günlərinə qədər baxmışam, dəfnini də mən etmişəm".
Fatma Mahmudova etiraf edib ki, hərçənd onlar uzun müddət əvvəl ayrılıblar, buna baxmayaraq, onun məsuliyyətini və insani borcunu sona qədər yerinə yetirib:
"Biz ondan çoxdan ayrılmışdıq. O, sağ olub bunları görsəydi, buna dözə bilməzdi".
Aktrisanın səmimi etirafları izləyiciləri duyğulandırıb və sosial şəbəkələrdə geniş rezonans doğurub.