Fransalı futbolçu faciəvi şəkildə öldü

Taylandın Koh Samui adasında şəlalənin yaxınlığında şəkil çəkdirməyə çalışan fransız futbolçu Aleksis Verqos yıxılaraq ölüb.

Fransalı futbolçu faciəvi şəkildə öldü
Taylandın Koh Samui adasında şəlalənin yaxınlığında şəkil çəkdirməyə çalışan fransız futbolçu Aleksis Verqos yıxılaraq ölüb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə RTL radio şəbəkəsi məlumat yayıb.

Məlumata görə, hadisə Verqosun sevgilisi ilə tətildə olduğu Namuang 2 Şəlaləsi yaxınlığında baş verib.

Verqos sürüşkən qayaların üzərində sürüşərək ağır baş zədəsi alıb və vəfat edib. Futbolçunun sevgilisi ağac budağına yapışaraq sağ qalıb, lakin ağır şokdadır.

Aleksis Verqos 22 yaşında olub.