Fransanı Rusiyaya dəyişməyin - Kolonna
Fransanın xarici işlər naziri Ketrin Kolonna hesab edir ki, Afrika ölkələri Fransanı Rusiya ilə dəyişməməlidir.
meqale.com axar.az-a istinadən bildirir ki, o, bu barədə Nigeriyanın paytaxtı Abucada keçirdiyi mətbuat konfransında deyib.
"Mən sizin yerinizdə olsaydım, Fransanı Rusiyaya dəyişməzdim", - o, Parisin Sahel bölgəsində Rusiyanın təsirinin güclənməsindən narahat olub-olmaması barədə sualı cavablandırarkən bildirib.