"Fransanın addımlarında radikallaşma gözə çarpır"
Fransanın müstəmləkəçiliyi ilə mübarizədə beynəlxalq təzyiqlər olmalıdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, artıq Fransa imperialist mövqedən çıxış edə bilmir.
" Ancaq Fransa öz səylərini davam etdirir və radikallaşma gözə çarpır",- deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.