Fransanın Azərbaycan-Ermənistan prosesində iştirakı qəbul edilmir - Zaur Məmmədov

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün televiziya kanallarına müsahibəsi zamanı çox vacib məsələlərə toxundu.

Fransanın Azərbaycan-Ermənistan prosesində iştirakı qəbul edilmir - Zaur Məmmədov
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün televiziya kanallarına müsahibəsi zamanı çox vacib məsələlərə toxundu.

meqale.com xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, bu gün Azərbaycanın qarşısında yeni milli ideya və məqsədlər qoyulub.

"Prezident İlham Əliyevin başçılığı altında nəhayət ki, Azərbaycan xalqı qələbə qazandı. Əlbəttə ki, bir neçə ay əvvəl Xankəndi və Xocalıdan Azərbaycan bayrağının asılması, uzun müddət orada olan quldur dəstələrinin Bakıya gətirilməsi erməni diasporası, ictimaiyyəti üçün bir gözdağı olmalıdır. Onlar başa düşməlidirlər ki, özgə torpağına göz qoymaq, qəsb etmək yolverilməzdir. Ermənistan əgər sülh müqaviləsinin imzalanmasını istəyirsə, biz tez bir zamanda bunun reallşadığını görə bilərik.

Dövlət başçısı çıxışında həmçinin, Fransa məsələsinə toxundu, Fransanın apardığı qərəzli siyasətlə bağlı qeydlər etdi. Azərbaycan Fransanın ölkədəki agentura şəbəkəsini ifşa etdi. Rəsmi Paris başa düşməlidir ki, Azərbaycan beynəlxalq hüquq əsasda addımlar atır və Fransadan tələb edir ki, nə Azərbaycanın daxili işlərinə qarışsın, nə də ki, Azərbaycan-Ermənistan proseslərində iştirak etsin. Çünki onun iştirkaçılığı qəbul edilmir.

Digər maraqlı məqam isə, Zəngəzur dəhlizi ilə bağlı idi. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında heç bir maneə olmadan gediş-gəliş Ermənistan tərəfindən təmin edilməlidir. Yox əgər təmin edilmirsə, alternativ yollar var və Azərbaycan bu yollardan istifadə edəcək", - deyə o, bildirib.