Futbol azarkeşləri arasında ATIŞMA
Afinanın mərkəzində futbol azarkeşlərinin atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb, 72 nəfər isə həbs edilib.
meqale.com lente istinadən bildirir ki, hadisə "Panatinaikos" stadionunun yaxınlığında, yerli "Panatinaikos" və AEK klubları arasında keçirilən oyundan əvvəl baş verib. Attika polisinin qərargahı yaxınlığında rəqib komandaları alqışlayan futbol azarkeşləri qrupları arasında toqquşma olub.
Qarşıdurma nəticəsində 38 yaşlı azarkeş ayağından odlu silahla yaralanıb, 22 yaşlı zərərçəkənin qarnına kəsici alətlə zərbələr endirilib. 25 yaşlı yunanıstanlı da döyülmələrdən əziyyət çəkib və xəstəxanaya aparılıb.