Futbol parlamentin iclasını təxirə saldı

Albaniya parlamentinin növbəti həftəyə planlaşdırılan iclası təxirə salınacaq.

Futbol parlamentin iclasını təxirə saldı
Albaniya parlamentinin növbəti həftəyə planlaşdırılan iclası təxirə salınacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb ölkə yığmasının AVRO-2024-də oyunudur.

Parlamentin 140 deputatından böyük hissəsi Almaniyaya yollanacaq. Onlar komandanın İtaliya ilə görüşünü izləyəcəklər. Bu gün keçirilməli olan iclas isə dünən baş tutub. Bu məsələ ölkədə birmənalı qarşılanmayıb. Bəzi partiya nümayəndələri bu addımı utancverici adlandırıb.