Futbolçu huşunu itirdi, oyun ləğv oluundu

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

Futbolçu huşunu itirdi, oyun ləğv oluundu
İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

meqale.com qol.az-a istinadən xəbər verir ki, buna səbəb görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirməsi olub.

29 yaşlı futbolçu özündən gedib və qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra arbitrlər komandası bugünkü görüşü ləğv etmək qərarına gəlib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.