Futbolun yaradıcıları Slovakiyaya qarşı

Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolun yaradıcıları Slovakiyaya qarşı
Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayacaq.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. AVRO-2020-nin finalçısı matçın favoriti sayılır. Futbolun yaradıcıları çətin rəqib sayılan slovakiyalıları keçmək üçün meydana çıxacaq.

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.