Füzuli azad ediləndə sevincimin həddi-hüdudu yox idi - Füzuli sakini
Füzulinin azad edilməsi xəbərini eşidəndə sevincimin həddi-hüdudu yox idi.
meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini Abbasov Cəmil deyib.
Onun sözlərinə görə, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
"28 yaşında Füzulini tərk etmişəm. Ailəmi Füzulidən çıxardıqdan sonra da bir müddət torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüşəm. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Məhz onların sayəsində biz doğma yurda dönürük", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 332 ailənin, yəni 1183 nəfərin daimi məskunlaşması təmin edilib.
meqale.com