Füzulidə 2025-ci ilin payızında bu yeniliklər olacaq
Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ci ilin payızında başlanacaq.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"İkinci məhəllədə tikinti işlərinə artıq başlanılıb, dördüncü məhəllədə tikintiyə isə sentyabrda başlanacağı gözlənilir. Bundan sonra beşinci məhəllənin, daha sonra isə birinci və üçüncü məhəllələrin tikintisinə başlayacağıq. Niyə bu ardıcıllıqla? Çünki bu məhəllələrin hər birinin öz xüsusiyyətləri və layihələndirmə işlərinin müxtəlif mürəkkəbliyi var. Fərqlər dizaynda, istifadə olunan materiallarda və landşaft xüsusiyyətlərindədir", - deyə o vurğulayıb.
E.Hüseynovun sözlərinə görə, hər bir məhəllə üzrə tikintiyə başlamaq, ekspertizadan keçmək və dövlət tenderlərinin keçirilməsi üçün müxtəlif müddət tələb olunur.