Füzulidə ağır qəza - 2 ölü, 5 yaralı - FOTO
Ötən gecə Füzuli rayonunda ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan meqale.com-a bildirilib ki, sentyabr ayının 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərniṣin qismində olan - Füzuli rayon sakinləri, Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb.
Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.