Füzulimiz günü-gündən gözəlləşir, abadlaşır - Füzuli sakini
Füzulidə quruculuq işləri sürətlə davam edir və Füzulimiz günü-gündən gözəlləşir, abadlaşır
meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini İbrahimov Bədrəddin deyib.
"Allah Ulu Öndərimizə rəhmət eləsin. Ulu Öndərimizin davamçısı Ali Baş Komandan İlham Əliyevə can-sağlığı arzulayırıq. Onun səyi nəticəsində biz, qohum-əqrəba, hamısı 30 ildən sonra öz doğma yurduna qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Hazırda mən də öz növbəmi gözləyirəm. Hamıya tezliklə öz yurduna qayıtmağı arzulayıram", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 332 ailənin, yəni 1183 nəfərin daimi məskunlaşması təmin edilib.
meqale.com