Gecikmiş Bakı-Naxçıvan reysi yola düşdü - YENİLƏNİB

13:00

Gecikmiş Bakı-Naxçıvan reysi yola düşdü - YENİLƏNİB
13:00

"Azərbaycan Hava Yolları" aviaşirkətinin əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər. Trend xəbər verir ki, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.

-------

10:15

AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.

meqale.com xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda havanın dumanlı olmasıdır.

Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 10:40-a kimi təxirə salınıb.