"Gəlin dünyanı aldatmayaq və panika yaratmayaq" - Erməni separatçıdan etiraf

"Gəlin dünyanı aldatmayaq, xalq arasında panika yaratmayaq və insanların acından ölməsi barədə məlumatları olduğu kimi təqdim edək"

"Gəlin dünyanı aldatmayaq, xalq arasında panika yaratmayaq və insanların acından ölməsi barədə məlumatları olduğu kimi təqdim edək"

meqale.com bildirir ki, bunu Qarabağdakı erməni separatçılardan biri olan Artur Osipyan deyib.

O, 1in.am-a açıqlamasında bildirib ki, Qarabağdakı ermənilərin acından ölməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

"Dürüst olsaq deyə bilərik ki, bu vəziyyət bugün yaranmayıb, problemin nədə olduğunu bilirsiniz. 30 ildir ki, rəhbər şəxslər Qarabağı talayırlar. Vəziyyət əvvəllər pis indi, sadəcə olaraq indi daha pisləşib. Amma, insanlar Qarabağda acından ölür kimi xəbərlər sadəcə olaraq şişirdilmiş məlumatlardır", - o söyləyib.

İslam Məhərrəmov meqale.com