Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO
Türkiyədə futbolçu faciəvi şəkildə ölüb.
meqale.com lente istinadən bildirir ki, hadisə Zonquldak rayonu Çaycuma qəsəbəsində baş verib. 19 yaşlı Ramazan G.-nin idarə etdiyi avtomobil 25 yaşlı Musa Şenin idarə etdiyi avtomobilə arxadan çırpılıb. Nəticədə hər iki maşın alışıb yanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Musa Şenin öldüyünü müəyyən ediblər. Digər sürücü isə xəsarət alıb.
Mediada yayılan məlumata görə, Musa Şen "Çaycumagücüspor" və "Kayıkçılar Gençlerbirliğispor" futbol klublarının oyunçusu olub.
Faktla bağlı cinayət işi başlanıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun