Gənc Sahibkarların IV Forumu keçiriləcək
Noyabrın 17-də Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək.
Azərbaycan Respublikası Gənclər Fondundan meqale.com-a bildiriblər ki, tədbirin məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.
Forum Azərbaycanda sahibkarlığın formalaşmasında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilən "Heydər Əliyev İli" çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir.