Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub.

Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub.

meqale.com xəbər verir ki, bu barədə "Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş məlumat verib.

O, bildirib ki, Talış adlı bəylə ailəli olan Sevilin oğlu dünyaya gəlib və körpəyə Rəşad adını veriblər:

"Bu, bizim üçün ən gözəl Zəfər bayramı hədiyyəsi oldu. Çünki biz bir ölüb, min dirilirik. Bizim soyumuz, kökümüz davam edir. Sevillə xəstəxanada əməliyyata girənə qədər danışdım. Əslində mən bu gün rayona çıxmalı idim, uşaq səhər, Zəfər Günündə dünyaya gəlməli idi. Sadəcə balam dedi ki, Zəfəri elə ilk saniyələrdən sizinlə qarşılayaram".